Rusiya İstintaq Komitəsi Boris Nemtsovu qətlə yetirmiş qruplaşmanı silahlandıran adamı müəyyən edib.
Məlumata görə, bu barədə cinayətlə bağlı həbs olunmuş Zaur Dadayev bildirib. Onun sözlərinə görə, Ruslik ləqəbli adam cinayət iştirakçılarını silahlandırıb və onlara cinayətə görə pul ödəməyə söz verib.
“Kommersant” qəzetinin yazdığına görə, Ruslikin adı və soy adı artıq müstəntiqlərə məlumdur. Çeçenistan sakini olan Ruslik qətli boynuna götürmüş Dadayevə tapança və “ZAZ Chance” markalı avtomobil verib, həmçinin qətlin iştirakçılarının hər birinə 5 mln rubl vəd edib.
Cinayətin yeni iştirakçısı barədə hələ ki, axtarış elan edilməyib. Hələ ki, müstəntiqlər onun günahkar olmasını isbatlayan dəlillərin axtarışındadır.
Daha öncə müstəntiqləri Dadayev və Eskerxanovu tanış etmiş Ruslan Qeremeyevi dindirmişdilər. Onun da ləqəbi Ruslikdir. /anspress/