Neftin ucuzlaşması davam edir
27.04.2017 662 0
Dünya birjalarında neftin ucuzlaşması davam edir.
Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,52% azalaraq 49,36 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,37% azalaraq 51,63 dollar olub.
Ötən gün olduğu kimi, bu gün də neftin ucuzlaşmasına səbəb ABŞ-da kommersiya neft ehtiyatlarının artmasıdır. ABŞ-da ehtiyatların artması OPEC və kartelə daxil olmayan ölkələr tərəfindən neft hasilatının azaldılması ilə bağlı səylərini qeyri-effektiv edir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər