Neftin qiymətinin artım tenpində rekord qeydə alınıb
01.07.2016 1028 0.0 0

Cari ilin ikinci rübündə neftin qiymətinin artım tempində rekord qeydə alınıb.

 

“APA-Economics” xəbər verir ki, ötən günün sonunda Brent markalı neftin 1 barelinin qiyməti 0,73 dollar və 1,44% azalaraq 49,88 dollar olub.

 

WTI markalı neftin 1 barelinin dəyəri isə 0,93 dollar və 1,86% azalaraq 48,95 dollara çatıb.

 

Neftin ucuzlaşmasına baxmayaraq, “qara qızıl”ın qiyməti 2009-cu ildən etibarən rekord səviyyədə rüblük artım dinamikası nümayiş etdirib. Belə ki, birinci rübə nisbətən ikinci rübdə Brent markalı neft 26%, WTI nefti isə 28% bahalaşıb. Bu isə 7 illik rekorddur.

 

 Azərbaycan nefti ucuzlaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,42 dollar və ya 0,82% azalaraq 50,56 dollar təşkil edib./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar