Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 1.22 dollar bahalaşaraq 68.74 dollara çatıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 61.72 dollara çatıb. WTI neftinin bir bareli təxminən 1.33 dollar bahalaşıb.
Qeyd edək ki, ekspertlər neft qiymətlərinin yüksəlişini Liviyada istehsalın səngiməsi və Səudiyyənin qiymət artımına müsbət münasibəti ilə əlaqələndirirlər. Bununla belə bir çox ekspertlər qiymətlərin bahalaşmasının davam edəcəyini güman edirlər.
Onlar bildirirlər ki, hazırda siyasi xəbərlərə müvafiq olaraq neft öz real qiymətindən uzaqdır. Bunun bir göstəricisi də ABŞ-da neft anbarlarının dolmaqda davam etməsidir. Ümumilikdə isə xam neftin qiyməti son üç ayda 50 faiz bahalaşıb./anspress/