Neftin qiymətində bahalaşma
01.02.2017 819 0.0 0

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

 

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar və ya 0,17% azalaraq 52,72 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,47 dollar və ya 0,85% artaraq 55,70 dollar olub.

 

Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,97 dollar və ya 1,74% artaraq 56,79 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar