Neftin qiyməti yenə qalxdı
27.05.2015 677 0
Məlumata görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində bahalaşma qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.37 dollar (0.64%) artaraq 58.40 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.28 dollar (0.44%) bahalaşaraq 64.00 dollar olub.
Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər