Neftin qiyməti ucuzlaşmaqda davam edir
12.01.2016 548 0.0 0

Dünya birjalarında neftin ucuzlaşması davam edir.
 
Qazeta.info "APA-Economics"in məlumatına əsasən bildirir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,01 dollar azalaraq 30,54 dollar olub.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,89 dollar azalaraq 30,52 dollar təşkil edib.
 
Hər iki sortdan olan neftin qiyməti 2003-cü ilin minimumunu yeniləməkdə davam edir.
 
Brent markalı neftin qiymətinin 30 dollarlıq "psixoloji hədd" səviyyəsinə düşməsinə səbəb Şin birjasının çökməsidir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar