Dünya bazarlarında neftin qiyməti qalxıb.
Məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 60,80 dollara çatıb.
Təhlilçilərin fikrincə, dolların gücləndiyi və İranla Qərb arasında nüvə razılaşmasının yaxınlaşdığı bir şəraitdə bu artım müvəqqəti ola bilər.
Dolların güclü olması neftin qiyməti üçün neqativ faktor sayılır, çünki bu, başqa valyutalara malik alıcıların xam neftə tələbatını azaldır.
Bundan başqa, analitiklər neft qiymətlərinin 25 sent qalxmasına səbəb Liviya və İraqdan neft ixracında yaranan fasilələrin olduğunu bildirirlər.
Xatırladaq ki, Beynəlxaq Valyuta Fondunun baş direktoru Kristin Laqard neftin qiymətinin ucuz olmasının qlobal iqtisadiyyatın dirçəlməsi üçün yetərli olmadığı haqqında bəyanat vermişdi./anspress/