Neftin qiyməti psixoloji həddi aşıb
27.10.2017 955 0.0 0

Dünya birjalarında neft bahalaşır.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,01 dollar və ya 0,02% artaraq 52,65 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,10 dollar və ya 0,17% artaraq 59,40 dollar olub.

 

Beləliklə, Brent markalı neftin qiyməti 59 dollar olan psixoloji həddi aşmaqla yanaşı, ikiillik maksimuma yaxınlaşıb.

 

Nefti Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falihin açıqlaması bahalaşdırıb. Nazir bəyan edib ki, Səudiyyə Ərəbistanı bundan sonra da neft bazarının balanslaşdırılmasına dair müvafiq addımlar atacaq.

 

Azərbaycan nefti bahalaşıb.

 

Bildirək kii, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,63 dollar və ya 1,07% artaraq 59,70 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar