Neftin qiyməti maydan etibarən ilk dəfə 54 dolları ötüb
06.09.2017 576 0.0 0

Dünya birjalarında neft bahalaşıb.

 

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar və ya 0,92% artaraq 49,11 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,77 dollar və ya 1,44% artaraq 54,15 dollar olub.


Beləliklə, Brent markalı neftin qiyməti mayın 25-dən etibarən ilk dəfə 54 dolları ötüb.


"Qara qızıl"ın bahalaşdıran amilə gəlincə, buna səbəb ABŞ-da neftə olan tələbatın artması və OPEC+ tərəfindən hasilatın azaldılmasına dair razılaşmanın müddətinin uzadılmasıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar