«Neftin qiyməti ilin sonunadək yüksələcək»
01.05.2016 702 0.0 0

Dünya neftinin qiyməti bu il ən aşağı səviyyəyə enib və bu dünya iqtisadiyyatının inkişafından asılı olan bir haldır. Məlumata görə, bu barədə Beynəlxalq enerji agentliyinin rəhbəri Fatih Birol deyib.

Fatih Birol hesab edir ki, iqtisadiyyatın əlverişli vəziyyətindən asılı olaraq, neftin də qiyməti artacaq. Qiymət artımı bu ilin sonu və ya ən geci 2017-ci ilə təsadüf edəcək.

2016-cu ildə dünyada neftə tələbat gündə 1,2 milyon barel artacaq. Bu zaman OPEK-ə daxil olmayan ölkələrdə neft hasilatı gündə 700 min barel aşağı düşə bilər. Bu da son 20 ildə ən aşağı göstərici kimi yadda qalacaq. 

Cümə günü Brent Markalı neftin qiyməti 2016-ci ildə ən maksimal səviyyəyə çatıb. Neftin bir barelə görə qiyməti 48,5 dollar təşkil edib.
 
Beləliklə, bu, 2016-ci ilin birinci rübü ilə müqayisədə 20 dollardan artıq bahalaşma deməkdir. Çünki bundan əvvəl onun bir barelinin qiyməti 30 dollardan da aşağı idi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar