Neftin qiyməti bahalaşır
23.02.2017 780 0.0 0

Dünya birjalarında neft bahalaşmaqdadır.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar və ya 0,88% artaraq 54,06 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,47 dollar və ya 0,84% artaraq 56,31 dollar olub.

 

Neftin ucuzlaşmasının səbəblərinə gəlincə, ABŞ-ın Neft İnstitutunun açıqladığı statistikaya əsasən, ötən həftə ərzində ölkənin ehtiyatları 884 min barel azalıb. Yeri gəlmişkən, təşkilatın proqnozları özünü doğruldarsa, bu, ilin əvvəlindən ABŞ-da qeydə alınan ilk azalma olacaq. "Bloomberg" agentlinin sorğusunda iştirak edən analitiklər isə hesab edir ki, ABŞ-ın kommersiya neft ehtiyatları 3,25 mln. barel artacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar