Neftin qiyməti bahalaşdı
13.03.2015 794 0.0 0

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 47,18 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0,03 dollar artaraq 57,11 dollar olub.

Qeyd edək ki, neftin qiymətindəki müsbət dinamika ABŞ-da neft emalı sahəsində fəhlələrin tətili dayandırılması ilə bağlı məlumatların yayılması ilə əlaqəlidir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar