Neftin qiyməti artıb
14.10.2017 700 0
Dünya birjalarında neft bahalaşıb.
Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,85 dollar və ya 1,68% artaraq 51,45 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,92 dollar və ya 1,64% artaraq 57,17 dollar olub.
Azərbaycan neftinin qiyməti artıb.
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,04 dollar və ya 1,78% artaraq 58,37 dollar təşkil edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər