Neft qiymətləri növbəti bir il ərzində 50 dollar səviyyəsinə qalxa bilər. ANS TV-nin məlumatına görə, bu açıqlamanı CNN telekanalına müsahibəsi zamanı OPEC-in sədri və Qətərin energetika naziri Məhəmməd ibn Saleh əl Səda deyib.
Onun sözlərinə görə, iri neft hasilatçılarının bir neçə həftə əvvəl neft hasilatının həcminin dondurulması barədə qərarı bu nəticəyə gətirib çıxara bilər.
“Hazırda neftin qiymətinin sabitləşdirilməsinin ən uyğun variantı hasilatı yanvar ayı səviyyəsində dondurmaqdır. Hasilatı dondurmaq təklifinin getdikcə daha çox dəstək qazanmasını gözləyirəm. Çünki, fikrimcə bu addım bütün neft hasilatçılarının marağındıdır”, - deyə Saleh əl-Səda bildirib.
Bir müddət əvvəl OPEC-in bir sıra üzvü və Rusiya neft hasilatının dondurulmas barədə razılıq əldə edib. Lakin İran bu qərara qarşı çıxıb. Bunu "zarafat" adlandıraraq, hasilatı dondurmayacağını elan edib./anspress/