Neftin qiyməti 16 aydan sonra 55 dolları ötüb
05.12.2016 848 0.0 0

Dünya birjalarında neft bahalaşmaqdadır.


Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar artaraq 52,14 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,60 dollar artaraq 55,06 dollar olub.

 

Beləliklə, Brent markalı neftin qiyməti 16 aylıq aradan sonra 55 dollar həddini ötüb. Neftin bahalaşmasına OPEC üzvlərinin Vyana görüşündə hasilatın azaldılmasına dair əldə etdiyi razılaşma səbəb olub.

 

Düzdür, bugünkü ticarət sessiyanın açılışında neftin qiyməti neqativ dinamika nümayiş etdirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar