Neftimiz yenə ucuzlaşdı
16.05.2015 676 0.0 0

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti ucuzlaşıb. 

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 0,52 dollar azalıb. 

Hazırda neftin bir barelinin qiyməti 67,16 dollardır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.19 dollar (0.32%) ucuzlaşaraq 59.69 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.11 dollar (0.16%) bahalaşaraq 66.81 dollar olub.

Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar