Neftimiz bir az ucuzlaşıb
29.04.2015 829 0
“AzeriLight” markalı neftin bir barelinin qiyməti London birjasında ötən gün keçirilmiş hərraclarda 0,18% və ya 0,12 dollar azalaraq 65,31 dollar olub.
Məlumata görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsi bildirib.
Ümumiyyətlə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində ucuzlaşma qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.19 dollar (0.33%) azalaraq 56.87 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.20 dollar (0.31%) ucuzlaşaraq 64.44 dollar olub./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər