NEFTİN QİYMƏTİ YENƏ DÜŞDÜ
30.12.2014 789 0
Buna baxmayaraq OPEC hasilatı azaltmamaq qərarında qalır.
Neft növbəti dəfə ucuzlaşaraq bir barrelin qiyməti 57,80 dollara çatıb. Bu, son beş ildə neftin qiymətində qeydə alınan ən aşağı səviyyədir.
Məlumata görə, ekspertlər bildirirlər ki, buna baxmayaraq OPEC hasilatı azaltmamaq qərarında qalır.
Təhlilçilərin fikrincə neftin qiyməti 57 dollardan da aşağı enə bilərdi, lakin ABŞ-da şist nefti istehsalı bir qədər azaldığından bu baş verməyib.
Digər tərəfdən gündə 128 min barrel neft istehsal edən Liviyada gedən döyüşlərlə əlaqədar ölkə ixracatını dayandırıb. Liviyanın dünya bazarına çıxardığı neft az olsa da, hər halda neftin daha az ucuzlaşmasına müəyyən təsir göstərib.//ANS PRESS
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər