NEFTİN QİTMƏTİ QALXDI
09.02.2015 975 0
Neft qiymətlərində müsbət tendensiya davam edir.
Məlumata görə, buna birja göstəriciləri də təsdiqləyir.
Bu gün səhər saatlarında Brent markalı neftin qiyməti 0,38 faiz çoxalaraq, barelinə 58,02 dollara çatıb.
WTI markalı neft isə 1,03 artaraq barelə 52,22 dollara çatıb.
Neft qiymətləri ABŞ-da qazma qurğularının azalması barədə hesabatın fonunda bahalaşıb. 87 ədəd azalaraq 1,456 olub.
Bu artım gözlənilən idi. Belə ki, analitiklər bazar ertəsi Çində ixracın azalması fonunda qiymətlərdə müsbət tendesiya gözləyirdi. "Reuters"in məlumatına görə, ölkədə ixrac yanvar ayı üçün 19,9 faiz aşağı düşüb. Bundan əvvəlki ay bu rəqəm 2,4 faiz idi.//AnsPress
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər