London birjasında 2015-ci ildə ilk dəfə olaraq “Brent” neftinin barrelinin qiyməti 60 dollardan çox olub.
Məlumata görə, bu səhər aprel fyuçerslərinin qiyməti 6,81% artaraq barrel üzrə 60,01 dollara çatıb.
Qiymətin artmasına dərhal bir neçə amil səbəb olub. O cümlədən, Amerikanın “Apache Corp.” şirkəti dünən qazma qurğularının sayını 70% azaldacağını bəyan edib. Həm də Fransanın “Total SA” şirkəti geoloji kəşfiyyatın həcminin və bu istiqamətə yönəldilən xərclərin azaldılması planlarından danışıb.
"Sərmayəçilər bazardakı indiki neft artıqlığından daha sonrakı vəziyyəti düşünürlər. Neft şirkətlərinin xərcləri kütləvi azaltması, həmçinin qazma qurğularının sayının azaldılması yenidən nefti bahalaşdıra bilər", - deyə Çikaqodakı “Price Futures Group” şirkətinin analitiki Fil Flinn bildirib.
Minskdə Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı aparılan danışıqlarda anlaşma əldə edilməsi idə öz rolunu oynayıb. Ekspertlərin fikrincə, Minsk analaşması treyderlərin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyi ilə bağlı narahatlığını aradan qaldırıb. /anspress/