Neft yenə ucuzlaşdı
21.04.2015 789 0.0 0

Neftin dünya bazarlarında qiyməti qismən düşüb.

Məlumata görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində qismən ucuzlaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.15 dollar (0.27%) azalaraq 56.23 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.21 dollar (0.33%) ucuzlaşaraq 63.24 dollar olub.

Qeyd edək ki, "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov ABŞ-da baş tutan “IHS Ceraweek 2015” konfransında çıxışı zamanı neftin qiymətindəki ucuzlaşmanın uzun müddət davam etməyəcəyini bildirib./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar