Neft xeyli ucuzlaşdı
12.05.2015 748 0.0 0

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,99 dollar azalaraq 65,19 dollar təşkil edib.

Məlumata görə, bu barədə Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən bildirilib.

Dünya birjalarında isə neftin qiyməti ucuzlaşmaqda davam edib. Belə ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar azalaraq 59,25 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,48 dollar ucuzlaşaraq 64,91 dollar olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar