Neft ucuzlaşmağa davam edir
23.06.2015 658 0
Neftin dünya bazarlarında qiyməti qismən düşüb.
Məlumata görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenə ucuzlaşma qeydə alınıb.
Neftin qiyməti bazarda yanacağın həddindən çox bolluğu fonunda enib. Buna hazırkı real ticarət məlumatları şahidlik edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.16 dollar (0.26%) azalaraq 60.22 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.12 dollar (0.19%) ucuzlaşaraq 63.22 dollar olub./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər