Neft ucuzlaşmağa davam edir
20.06.2015 659 0
Neftin dünya bazarlarında qiyməti qismən düşüb.
Məlumata görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenə ucuzlaşma qeydə alınıb.
Neftin qiyməti bazarda yanacağın həddindən çox bolluğu fonunda enib. Buna hazırkı real ticarət məlumatları şahidlik edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.84 dollar (1.39%) azalaraq 59.61 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 1.24 dollar (1.93%) ucuzlaşaraq 63.02 dollar olub./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər