Neft ucuzlaşmağa davam edir
23.05.2015 810 0
Neftin dünya bazarlarında qiymətində artım qeydə alınmayıb.
Məlumata görə, dünya bazarlarında ötən gün də olduğu kimi neftin qiymətində yenə düşmə müşahidə olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1.00 dollar (1.65%) azalaraq 59.72 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 1.17 dollar (1.76%) ucuzlaşaraq 65.37 dollar olub.
Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər