Dünya birjalarında neft ucuzlaşıb.
Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,41 dollar və ya 3,10% azalaraq 44,11 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,36 dollar və ya 2,81% azalaraq 47,02 dollar olub.
Neftin ucuzlaşmasına dünya bazarında təklifin tələbi üstələməsi səbəb olub. ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ölkədə neft ehtiyatları 0,2% və ya 527,8 mln. barel azalıb. Analitiklər isə ehtiyatların 0,44% və ya 2,333 mln. barel azalacağın gözləyirdi. Bununla belə, ABŞ-da həftə ərzində neft hasilatı 0,3% və ya gündəlik 28 min barel artaraq gündəlik 9,293 mln. barel təşkil edib./apa/