Neft ucuzlaşdı
12.09.2015 686 0.0 0

Məlumata görə, bu gün Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,66 dollar ucuzlaşaraq 48 dollar 14 sent təşkil edib. 

 

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə təxminən 2,3 faiz azalaraq 44,63 dollar təşkil edib.

 

Neft qiymətindəki bu dəyişikliklər dünyanın ən qabaqcıl investisiya banklarından biri olan "Goldman Sachs"ın neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salmasına səbəb olub.

Belə ki, bank "Brent" markalı neftin bu il üçün orta qiymətini 58,2 dollar/barreldən 53,7 dollar/barrelə qədər azaldıb. Gələn il üzrə proqnozu isə 62 dollar/barreldən 49,5 dollar/barrelə endirib.

"Goldman Sachs"ın "Layt" markalı neft üçün proqnozlarında da dəyişiklik var. Bank builki proqnozunu 52 dollar/barreldən 48,1 dollar/barrelə, gələnilki qiymətini isə 57 dollar/barreldən 45 dollar/barrelə azaldıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar