Neft uçuruma doğru gedir
24.08.2015 648 0.0 0

Dünya bazarlarında Brent markalı neftin qiyməti ucuzlaşaraq barrel üçün 45 dollardan aşağı düşüb. 

Məlumata görə, hazırda London birjasında Brent markalı neftin bir barrelinin qiyməti 44,55 dollardır. Sutka ərzində ucuzlaşma 1,74% olub. 

 


Bakı vaxtı ilə saat 09.40-a London birjasında Brent neftinin qiyməti

Texas markalı neftin barrelinin qiyməti isə 40 dollardan aşağı düşüb. Texas nefti sutka ərzində 2,15% ucuzlaşaraq barrel üzrə qiyməti 39,48 dollara düşüb. 

 

 


Bakı vaxtı ilə saat 09.40-a Nyu-York birjasında Texas neftinin qiyməti

Ümumiyyətlə, neftin qiymətlərinin ucuzlaşması son 6 aydır ki, davam edir. Qiymətlərin düşməsinə əsas səbəb son aylarda İranla qərb ölkələri arasında razılığın əldə edilməsidir. Çində iqtisadi böhran da neftə tələbatı azaldıb. 

"AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə şənbə günü London birjasında 3,86% və ya 2 dollar ucuzlaşaraq 46,23 dollar təşkil edib.

Beynəlxalq ekspertlər neft qiymətlərinin qarşıdan gələn aylarda da təzyiq altında olacağını bildirirlər. Onların fikrincə, yay avtomobil səyahətləri mövsümünün başa çatması ilə neftə tələbat daha da azalacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar