Dünya birjalarında neftin qiymətindəki kəskin ucuzlaşmadan sonra nisbi bahalaşma müşahidə olunub. Məlumata görə, birjaların satışlar üzrə hesabatına görə “Brent” markalı neftin qiyməti ötən günə nisbətən 0.09% bahalaşaraq 44.18 dollara çatıb.
“Texas” (WTI) markalı neftdə isə düşüş qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neft dünənki qiymətinə nisbətən ucuzlaşaraq 40.59 dollar olub.
London birjasında keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,07 dollar və ya 0,16% azalaraq 43,80 dollar təşkil edib.
Əmtəə birjalarında qızılın qiymətində nikbinlik müşahidə olunub. Belə ki, son günlər ucuzlaşmağa başlayan qızılın qiyməti dünənki göstəricilərə nisbətən bahalaşaraq 1 qram üçün 34.75 dollar olub. Gümüşün qiymətində də nisbi bahalaşma olsa da bu özünü qram qiymətində göstərməyib. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar müəyyənləşib.
Ölkəmizdə həftəyə bahalaşma ilə başlayan ABŞ dollarının satış qiymətində düşüş olub. Mərkəzi bankın məlumatına görə, 1 ABŞ dollarının qiyməti 1.0506 AZN təşkil edib. Paris teraktından sonra dəyərini itirməyə başlayan euroda isə ötən gün dirçəliş olub. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1252 AZN təşkil edib. Rusiya rublunda qeydə alınan ucuzlaşma isə bahalaşma ilə əvəzlənib. 1 rublun qiyməti ötən gün 0.0163 AZN olub.
Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
1 ABŞ dolları – 1.0506 AZN
1 Euro – 1.1252 AZN
1 rus rublu – 0.0163 AZN./anspress/