Neft kəskin ucuzlaşdı- OPEK təcili toplantı çağırdı
12.01.2016 606 0.0 0

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) sədri və Nigeriya Neft naziri Emanuel Ibe Kaçiko, xam neft qiymətlərindəki son durumu ilə əlaqədar 2 ölkədən, təcili toplantı etmək üçün çağrəşlar gəldiyini bildirib.

Qazeta.info xarici mətbuata istinadla bildirir ki, Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə təşkil olunan enerji konfransında mətbuat mənsublarına açıqlama verən  Kaçiko, fövqəladə toplantınin keçirilməsində məqsəd neft bazarının indiki vəziyyətinin nəzarətə alınması üçün təşkil olunacağını söyləyib.

Xatırladaq ki, Nigeriyalı nazir  açıqlamasında, OPEC üzvü olmayan ölkələrin də razılığı olmadığı halda  neft ixracatının azaltmasının çətin olduğunu da bildirib.

Qazeta.info bildirir ki, bu gün dünya birjalarında Brent markalı neftin 1 barelinin qiyməti 30.54 dollaradək ucuzlaşıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar