Neft kəskin bahalaşdı
16.04.2015 736 0.0 0

Neftin dünya bazarlarında qiyməti bahalaşmağa başlayıb.

Məlumata görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən bahalaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.33 dollar (0.59%) artaraq 56.06 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.60 dollar (0.95%) bahalaşaraq 62.72 dollar olub.

Qeyd edək ki, ötən gün WTI neftinin 1 barelə görə qiyməti 53.65, Brent markalı neftin 1 barelinin qiyməti isə 58.81 dollar idi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar