Neft Fondunun büdcəsi azalacaq (VİDEO)
15.09.2015 537 0.0 0

Gələn il üçün göstərilən bütün rəqəmlər neftin qiymətinin 50 dollar, bir dolların isə 1,05 qəpik olacağı ehtimalı ilə hesablanıb. 

   Məlumata görə, bu şərtlər daxilində proqnoz edilir ki, gələn il Dövlət Neft Fondunun gəlirləri cari ildəkindən 34,5% az, 6,7 milyard manat olacaq. Buna müvafiq olaraq xərclər də 33,4% azalacaq və 8,2 milyard manat təşkil edəcək. Neft fondunun büdcəsində 1,5 milyard manatlıq kəsir gözlənir. 

Hər il olduğu kimi Fondun əsas xərci dövlət büdcəsinə birbaşa köçürmələrdir. Doğrudur bu il tranesfert kifayət qədər azaldılıb, amma yenə də onün ümumi büdcgsinin 73,2%-ni təşkil edir. Bundan başqa Bakı-Tiflis-Qars,Samur-Abşeron su kanalı, Cənub Qaz Dəhlizi kimi infraftruktur layihələrinə, cəmi 0,6%-i gənclərin xaricdə təhsilinə sərf olunacaq.

Bu il də Neft Fondundan büdcəyə ödənişlər nəzərdə tutulduğundan 25% az olacaq. İlin əvvəlində fonddan büdcəyə 10.3 milyard ayrılması nəzərdə tutulsa da, ilin sonunadək yalnız 8,1 milyard manat veriləcək. Çünki neft ilin əvvəlindəki proqnozdan az qala 2 dəfə ucuzlaşıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar