Neft bahalaşır
15.12.2017 794 0
Dünya birjalarında neft bahalaşır.
Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,25% artaraq 57,18 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,05% artaraq 63,34 dollar olub.
Azərbaycan nefti bahalaşmaqdadır.
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,49 dollar və ya 0,75% artaraq 65,66 dollar təşkil edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər