Neft bahalaşır
11.10.2017 681 0.0 0

Dünya birjalarında neft bahalaşır.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar və ya 0,29% artaraq 51,07 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar və ya 0,16% artaraq 56,70 dollar olub.

 

Azərbaycan neftinin qiyməti artıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,12 dollar və ya 1,97% artaraq 58,11 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar