Neft bahalaşır
08.05.2017 739 0.0 0

Dünya birjalarında neft bahalaşıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar və ya 1,30% artaraq 46,82 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,68 dollar və ya 1,38% artaraq 49,78 dollar olub.

 

Ötən həftənin şənbə günü İranın neft naziri Bijan Zəngane bəyan edib ki, OPEC üzvləri və kartelə daxil olmayan ölkələr hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətini uzatmaqda qərarlıdır. Nazirin sözlərinə görə, İran OPEC üzvlərinin istənilən qərarını dəstəkləyəcək. Aprel ayının sonunda B.Zəngane bildirib ki, İran sutkalıq hasilatı 3,8 mln. barelə çatdırıb.

Ötən gün isə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih bəyan edib ki, Bruney də hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasının tərəfdarıdır. Eyni zamanda, Səudiyyə Ərəbistanı da razılaşmanın müddətinin uzadılmasının lehinədir.

 

Bundan öncə Rusiyanın energetika naziri Aleksandr Novak razılaşmanın müddətinin uzadılmasının tərəfdarı olduğunu bəyan edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar