Neft bahalaşır
30.03.2017 741 0
Dünya birjalarında neft bahalaşıb.
Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar və ya 0,44% artaraq 49,73 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar və ya 0,25% artaraq 52,55 dollar olub.
Azərbaycan neftinin qiyməti artmaqda davam edir.
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,54 dollar və ya 1,03% artaraq 53,03 dollar təşkil edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər