Neft bahalaşır
10.01.2017 693 0
Dünya birjalarında neft bahalaşıb.
Qazeta.info APA-ya əsasən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar artaraq 52,10 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar artaraq 55,13 dollar olub.
Azərbaycan nefti 1 dollardan artıq ucuzlaşıb.
Bildirək ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,37 dollar və ya 2,39% azalaraq 55,83 dollar təşkil edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər