Neft bahalaşıb
30.11.2017 819 0.0 0

Dünya birjalarında neftin qiyməti artıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar və ya 0,26% artaraq 57,45 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar və ya 0,51% artaraq 63,43 dollar olub.

 

Azərbaycan neftinin ucuzlaşması davam edir.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,42 dollar və ya 0,65% azalaraq 64,50 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar