Neft bahalaşıb
18.11.2017 873 0
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,41 dollar, yaxud 2,56% artaraq 56,55 dollar/barel təşkil edib.
Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, "Brent" markalı neft isə 1,36 dollar və ya 2,22% bahalaşaraq 62,72 dollar/barelə bərabər olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,72 dollar və yaxud 1,14% artıb.
Məlumata görə, "Azeri LT CIF" markalı neftin qiyməti 63,87 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər