Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,12 dollar və yaxud 2,68% bahalaşaraq 42,87 dollar/barel təşkil edib.
Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, "Brent" markalı neft isə 1,29 dollar və ya 2,90% bahalaşaraq 46,12 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 49 dollar/barel olacağı gözlənilir.
Bundan başqa qeyd edək ki, Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,68 dollar yaxud 1,48% bahalaşıb.
Məlumata görə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,57 dollara bərabərdir.
Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.