Neft bahalaşdı, dollar ucuzlaşdı
06.04.2015 815 0
Bu gün Moskva birjasında dolların məzənnəsi bu il ilk dəfə olaraq 56 rubldan, avronun məzənnəsi isə 61,55 rubldan aşağı düşüb.
Məlumata görə, dollar və avronun ucuzlaşması dünya bazarlarında neftin bir barrelinin qiymətinin bahalaşması fonunda baş verir.
Bu fonda rubl 0,3 - 2,2% bahalaşıb.
Qeyd edək ki, ötən ay Moskva birjasında rublun məzənnəsində dollara qarşı kəskin artım müşahidə edilmişdi.
1 dolların məzənnəsi rubla nisbətdə 36 qəpik ucuzlaşaraq 61,10 rubl dəyərində olmuşdu. Ümumiyyətlə son aylar rublun məzənnəsində dollar və avroya qarşı bahalaşma qeydə alınır./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər