02 noyabr səhər saatlarda çənə qırığı səbəbiylə əməliyyata alınan Necati Şaşmazın 6 həftə nəzarət altında tutulacağı haqda açıqlama verilib.
Şaşmazın sağlamlıqı haqda mətbuat konfransı təşkil edən xəstəxananın açıqlama verərən Mütəxəssis Plastik Cərrah Op. Dr. Ercan Dide, "Alt çənədə iki qırıq təsbit etdik. Necati Şaşmazın çənəsində etdiyimiz əməliyyatla, köhnə halına gətirərək, Sağ çənə qırığı olduğu üçün alt və üst çənəni bir-birinə kilidli bir şəkildə bağlanması təmin etdik. Alt və üst çənəsinə telləri təsbit edilərək əməliyyatını müvəffəqiyyətli şəkildə tamamladıq "deyə bildirib.
Əməliyyatın 2,5 saat davam etdiyini söyləyən Op. Dr. Ercan Dide, məşhur aktyorun üzündə zədə səbəbi ilə ağız ətrafındakı sinirlərin əzilmiş ola biləcəyini, ancaq bunun gələcəkdə aktyorun danışmasına bir maneə təşkil etməyəcəyini söyləyib. Dide, "Əməliyyat sonrası müşahidələr çox yaxşı gedir, ancaq irəlidə ağızındakı tel və lövhələr üçün kiçik bir əməliyyat daha reallaşdırlacaq" deyə bildirib.
Şaşmazın beyin və hafizəsində hər hansı bir problemin olmadığını söyləyən həkimlər, bu müddətdə müvəffəqiyyətli bir nəticənin əldə olunması üçün aktyorun danışmaması lazım olduğunu bildiriblər.
Həkim Necati Şaşmazın bu müddət ərzində damar yolu ilə və maye qidalarla qidalanması səbəbindən kilo verə biləcəyini də bildirib.
*****
Kurtlar Vadisi Pusu serialının baş rolunun oyunçusu Necati Şaşmaz, dünən gecə serial çəklişində qəza keçirdi.
Necati Şaşmazın keçirdiyi qəza ilə bağlı Pana Film səlahiyyətliləri tərəfindən ə əlaqədar açıqlama verilib. "Dünən gecə saat 02:00 də Kurtlar Vadisi Pusu serialının 236.bölümünün çəkilişində, Necati Şaşmazın istifadə etdiyi avtomobil vasitəsi idarə etmədən çıxaraq yol istinad divarına çırpilmışdır.
Qəza edən avtomobil vasitəsi hava yastığı açılaraq Necati Şaşmazın alt çənə sümüyündə qırıq meydana gəlməsinə gətirib çıxarmışdır. xəstəxanaya qaldırılan Necati Şaşmaza həkimlər tərəfindən lazımi tibbi müdaxilə həyata keçirilir. Ümumi sağlamlıq vəziyyəti yaxşıdır. hər hansı bir həyati təhlükəsi yoxdur. İctimaiyyətə hörmətlə duyurulur "deyə bildirilib.