Nazirlikdən qeyri-sabit hava şəraiti haqda açıqlama
26.01.2016 1083 0
“Ölkə ərazisində yağmurlu və küləkli hava şəraiti sabah gündüz saatlarınadək davam edəcək”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Qeyd edək ki, yanvarın 24-dən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, temperatur əvvəlki günlərlə müqayisədə 6-8 dərəcə aşağı enib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər