Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramı ilə əlaqədar sahibkarlara müraciət edib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərinin 4 ünvanında ( Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Keşlə bazarının yanı, Xətai rayonu, "Nargilə" kafesinin yanı, Yasamal rayonu Şərifzadə küçəsi, "İdeal" şadlıq sarayının həyəti, Səbail rayonu Seymur Məmmədov küçəsi 8, parkın yanı) təşkil olunmuş Qurbanlıq heyvanların satış-yarmarkalarında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlarda yetişdirilən erkək xırdabuynuzlu heyvanların satışı ilə yanaşı həmin ərazilərdə, eyni zamanda Bakı şəhəri və Bakı ətrafı qəsəbələrinin bir çox ərazilərində baytarlıq-sanitar normalara uyğun yerlərdə qurbanlıq heyvanların satışına və kəsiminə tam şərait yaradılıb.
Sahibkarlar Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə təşkil olunmuş ərazilərdə iri və xırdabuynuzlu heyvanların satışına dəvət olunur./apa/