Nazirlik: Beynəlxalq zənglərin qiyməti dəyişdirilməyib
07.02.2017 952 0.0 0

Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib.

 

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

 

“Bəzi KİV-də Tarif (qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə əsassız məlumatlar yayılıb”, - deyə məlumatda qeyd olunub.

 

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq bütün zonalar üzrə 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib. Bu tariflər 1 yanvar 2014-ci il tarixindən qüvvəyə minib və hazırda da qüvvədədir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar