Nazirlik «Asan imza»-da yenilik edib
09.02.2015 918 0.0 0

“Asan İmza” Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin Xəzinədarlığın İnformasiya İdarəetmə Portalına inteqrasiya edilib.

 01 fevral 2015-ci il tarixindən etibarən “Asan İmza” mobil elektron imza xidməti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin  https://portal.dxa.gov.az  ünvanında yerləşən Xəzinədarlığın İnformasiya İdarəetmə Portalına inteqrasiya edilib. 

Bundan sonra büdcə təşkilatları xəzinədarlıq orqanına sənədləri elektron üsulla təqdim edərkən göndərilən sənədləri “Asan İmza” mobil elektron imza xidməti vasitəsilə “AsanDoc” proqram təminatında imzalaya və beləliklə də imzalanmış sənədləri Dövlət Xəzinədarlıq Agentliyinə göndərə bilərlər. 
İstifadəçilərə yardım məqsədilə Xəzinədarlığın İnformasiya İdarəetmə Portalında mobil elektron imza ilə sənədlərin imzalanmasına və portala yüklənməsinə dair müvafiq təlimat və video çarx yerləşdirilib.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar