Nazirlər mətbuata açıqlama verdi
25.02.2015 952 0
Xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun birgə mətbuat konfransı keçirib.
Konfransda ilk olaraq çıxış edən Elmar Məmmdyarov Türkiyə XİN Mövlud Çavuşoğlu ilə müzakirə etdiyi məsələlərə aydınlıq gətirib.
Qarabağ problemi haqda M.Çavuşoğlu ilə ətraflı danışdıqlarını qeyd edən E.Məmmədov, üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə etdiklərini açıqlayaraq "Bildiyiniz kimi, keçən ay Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri olaraq, Türkmənistanda görüşdük. Bu istiqamətdə işimizi davam etdirəcəyik. Keçən həftə İran İslam Respublikasının xarici işlər naziri Bakıda səfərdə olarkən razılaşdıq ki, yaxın zamanda Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin İranda növbəti görüş keçirilsin." deyə diqqətə çatdırıb.
Daha sonra, Bakı-Tbilisi-Qars layihəsinə toxunan nazir, qarşıdan gələn aylar ərzində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli görüşün Gürcüstanda planlaşdırıldığını və bu il dəmiryolu istifadəyə veriləcəyini bildirib.
Bundan başqa E.Məmmədyarov Türkiyə tərəfindən Azərbaycanın “G-20” dəvət olunmasını yüksək qiymətləndirərək, bütün məsələlər üzrə Azərbaycan ilə Türkiyə arasında sıx təmasların olmasını və milli maraqlarımıza uyğun məsələlərdə qarşılıqlı şəkildə dəstək veririldiyini diqqətə çatdırıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər