Nazirlər Kabinetinin qərarı ilə qanun arasında uyğunsuzluq aşkarlanıb
13.04.2016 734 0.0 0

Yüksəklikdə işləyən dövlət qulluqçularının maaşlarına əmsalların tətbiqi sahəsində qanunvericiliklə Nazirlər Kabinetinin qərarı arasında uyğunsuzluq üzə çıxıb.
 Məlumata görə, Hesablama Palatasının Nazirlər Kabinetinə bununla bağıl uyğunsuzluğun aradan qaldırılması barədə təklif təqdim edib.
 
Hesablama Palatası nəzərə çatdırıb ki, “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” qanunun 2-ci maddəsində yerli əmsallar aşağıdakı kimi təsdiq olunub: ” Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında çalışan dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1,2, bu yüksəklik 2000 metrdən artıq olduqda isə 1,3 mislində yerli əmsal müəyyən edilir.”. Həmin Qanunun 3-cü maddəsində dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısının hazırlanması Nazirlər Kabinetinə tapşırılıb. Buna uyğun olaraq Nazirlər Kabineti 22 avqust 2002-ci il tarixdə Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərar qəbul edib. Həmin qərarın 1 və 2 nömrəli əlavələrində isə həm 1500 metrdən 2000 metrədək (1,2 əmsal), həm 2000 metrdən artıq (1,3 əmsal) yüksəkliyədək, həm də 1200 metrdən 1500 metrədək (1,1 əmsal) olan yüksəkliklərdə işləyən şəxslərə əlavələrin verilməsi təsbit olunub.
 
Göründüyü kimi həmin qərara əsasən dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına 1,1 əmsalın tətbiq edilməsi nəzərdə tutulduğu halda “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” qanunda dövlət qulluqçuları üçün həmin yüksəkliyə  görə əlavənin tətbiqi nəzərdə tutulmayıb. Göstərilənləri nəzərə alaraq, Hesablama Palatası mövcud məsələyə yenidən baxılmasını məqsədəmüvafiq hesab edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar