Nazirlər Kabineti elektron xidmət növlərinin siyahısına dəyişiklik edib
19.12.2015 509 0.0 0

Azərbaycan Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib. "Report"un xəbərinə görə, dəyişiklə bağlı sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Qazeta.info "Report"-a istinadla bildirir ki, dəyişikliyə əsasən, uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu elektron qaydada həyata keçiriləcək.
Belə ki, “Elektron xidmət növlərinin Siyahısı”nın "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" bölməsində "sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu" "uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu" ilə əvəzlənib.
Bundan əlavə, sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulunun elektron qaydada aparılması ləğv edilib.
Qaydaya əsasən, xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətinin razılaşdırılması üçün müraciətin və sənədlərin qəbulu elektron formada olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar